"Arka sokaklar" serialı: fasilədən sonra ilk kadrlar 

 

Türkiyə televiziya tarixinin ən uzun sürən fenomen serialı "Arka Sokaklar" 18-ci sezonu ilə ekranlara gəlir.

Paralel.az Türkiyə mediasına istinadla xəbər verir ki, tezliklə izləyicilərinin qarşısına çıxacaq serialın çəkilişlərindən yeni fotolar paylaşılıb.

Yayımlanan fotolar yeni mövsümlə bağlı marağı artırıb.

Xatırladaq ki, baş rollarda Zəfər Ergin, Özgür Ozan, İlker İnanoğlu və Ozan Çobanoğlunun yer aldığı “Arka Sokaklar”ın yeni sezonunun çəkilişləri bütün sürəti ilə davam edir.

Dörd yeni aktyor ilə mövsümə bomba kimi girməyə hazırlaşan Arka Sokaklar bu dəfə çox fərqli bir hekayə ilə açılış edəcək.

 

0.01113486289978