Bakıda saxlanılan Voskanyanla görüşdə diqqət çəkən detal 

Bakıda saxlanılan Voskanyanla görüşdə diqqət çəkən detal 
 

Azərbaycan Ombudsman Aparatının əməkdaşları avqustun 16-da saxlanılan erməni diversant Qaqik Voskanyana baş çəkib.

Paralel.az xəbər verir ki, onun qarşısındakı stolun üstündə uzanan kitab diqqət çəlib. Bu, Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın bu yaxınlarda sosial şəbəkələrdəki səhifələrində “reklam” etdiyi həmin kitabdır. 

Təxribatçının qarşısındakı stolun üstündəki surət də ermənicədir. 

Ya bu kitabı yanında götürüb, ya da Bakı həbsxanasında asudə vaxtını keçirmək üçün ermənicə kitab gətirməyi xahiş edib.

Xatırladaq ki, avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.

Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü - 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üvləri geri çəkilməyə məcbur edilib.

Saxlanılan zaman onun üzərində bir ədəd RPK pulemyotu, döyüş sursatı və hərbi təchizat aşkar edilib. 

İlkin ifadələrində Q.Oskanyan 44 günlük Vətən müharibəsində iştirakını etiraf edib.

Qeyd edək ki, yüngül yaralanmış erməni diversanta hərbi həkimlərimiz tərəfindən ilkin tibbi yardım göstərilib.

 

0.10625505447388