Zelenski Qərb tərəfdaşlarından şikayətləndi

Zelenski Qərb tərəfdaşlarından şikayətləndi
 

Ukrayna prezidenti Vladimir Zelenski Qərb tərəfdaşlarından şikayət edib.

Paralel.az xəbər verir ki, Zelenski Kiyev üçün Patriot zenit-raket komplekslərinin (SAM) yeni tədarükü ilə bağlı aparılan danışıqlarda çətinliklər olduğunu qeyd edib. Bu barədə o, Kiyevdə Norveçin baş naziri Yonas Qahr Stere ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“Patriot məsələsi qəlizdir. Partnyorlarla işləmək çox çətindir, bütün bunlar üçün çox ciddi mübarizə aparmaq lazımdır", - Zelenski bildirib.

Zelenski qeyd edib ki, Patriot, NASAMS və IRIS-T Ukraynanın hazırda malik olduğu ən yaxşı hava hücumundan müdafiə sistemləridir. O, həmçinin bu qurğuların əldə edilməsi üçün Qərb tərəfdaşları ilə işi intensivləşdirməyi planlaşdırdığını vurğulayıb.

 

0.015387058258057