"Survivor"un ulduzunun başına nələr gəldi: pulsuz vəziyyətimə qayıtdım

 

“Survivor”da iki dəfə çempion olduqdan sonra xaricdə qatıldığı yarışmada birincilik qazanan Turabi Çamkıran bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

Paralel.az Türkiyə mediasına istinadla xəbər verir ki, ABŞ-də yaşayan Turabi səmimi açıqlamalar verib.

“İndi çox yorğunam. Bundan sonra məni həyəcanlandıracaq bir təklif olmasa, yarışlarla vidalaşıb təqaüdə çıxıram. Mən xatırladıqca fəxr edəcəyim çempionatlarda qalib olmuşam. Qazandığım pula görə çox insan itirdim. Pulun bir hissəsi ailənin borclarına, bir hissəsi dostların dərdinə, bir hissəsi isə ehtiyacı olan qardaşlarıma getdi. Mən də səhhətimi yaxşılaşdırmaq üçün indi pis günün pulundan istifadə edirəm. Allaha şükürlər olsun ki, yarışlar öncəsi pulsuz vəziyyətimə qayıdıram. Qəza idi, keçəcək. Ümid edirəm ki, daha güclü qayıdacağam. Bu vaxtdan sonra yarışa getsəm, birinci yerin pulunu yaxşı bir xeyriyyə təşkilatına bağışlayacağam. Bütün arzularımı həyata keçirmişəm. Bundan sonra xaricdə təşkilatlarda, yarışmalarda arzularını reallaşdırmaq istəyən qardaşlarım üçün çalışacağam”.

 

0.014532089233398