Priqojinin yerinə başqası olub? – MÜƏMMA

Priqojinin yerinə başqası olub? – MÜƏMMA
 

Rusiyada təyyarə qəzası zamanı ölənlərin cəsədləri, o cümlədən “Vaqner” rəhbəri Yevgeni Priqojinin ehtimal edilən cəsədi təbii fəlakətdən sonra ciddi zədələnib. Ona görə də onları vizual olaraq tanımaq mümkün deyil.

Paralel.az xəbər verir ki, bu barədə “Fontanka” hadisə yerindəki mənbəyə istinadən bildirib.

Qeyd edilir ki, dolayı sübutlara görə, ekspertlər ölənlər arasında Priqojinin də olduğunu bildirirlər.

Məlumat üçün bildirək ki, dünəndən bəri “Vaqner” rəhbərinin ölüb-ölməməsi müzakirə mövzusudur. Onun Rusiya və ya Qərb tərəfindən aradan götürülməsi barədə də danışılır. Hələ ki iddiaları və şayiələri səngidəcək olan konkret rəsmi açıqlamalar verilməyib. Görünür, bu mövzu xeyli uzanacaq.

Xatırladaq ki, Y. Priqojinə məxsus olan “Embrair” biznes-jet Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçurmuş. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Təyyarənin göyərtəsində Yevgeni Priqojinin “sağ əli” Dmitri Utkin də olub.

“Vaqner” şirkətinə yaxın olan “Gray Zone” teleqram kanalı bildirib ki, təyyarə hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulub.

 

0.013934850692749