“Vaqner” necə yarandı, mənası nədir? – kölgədə qalmış olan yarad⅕ıcısı Utkin və…

“Vaqner” necə yarandı, mənası nədir? – kölgədə qalmış olan yarad⅕ıcısı Utkin və…
 

Dmitri Valeryeviç Utkin - 1970-ci ilin iyunun 11-də Rusiyanın Sverdlovsk vilayətinin Asbest şəhərində geoloq ailəsində dünyaya göz açıb.

Bəzi mənbələrə görə, o, Ukraynanın Kirovoqrad şəhəri yaxınlığındakı Smolino kəndidədir.

Smolin məktəbini bitirdikdən sonra Utkin kəndi tərk edərək Leninqrada üz tutub və burada hərbi məktəbə daxil olub.

O, hərbi məktəbi bitirdikdən sonra 2013-cü ilə qədər Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin Pskovda yerləşən 2-ci xüsusi təyinatlılar briqadasının 700-cü xüsusi təyinatlılar dəstəsinin komandiri olub. Utkin 2013-cü ildə polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxıb.

Onun xidmət dövründə birinci və ikinci çeçen müharibələrində iştirak etdiyi bildirilir.

Təqaüdə çıxan Utkin “Moran” Təhlükəsizlik Qrupunda çalışmağa başlayır və o, ilk dəfə bu qrupun üzvü olaraq 2013-cü ildə “Slavyan korpusu”nun tərkibində uğursuz Suriya ekspedisiyasında iştirak edib. Belə ki, “Slavyan korpusu”na Deyr əz-Zorun əsas nəqliyyat qovşağını ələ keçirmək tapşırığı verilir. Korpus iki şirkətdən ibarət olub və onlardan birinə Dmitri Utkin komandanlıq edib. Lakin əməliyyat uğursuz alınıb.  

Utkin bundan sonra 2014-cü ildə rus qoşunlarının tərkibində Krımın işğalında iştirak edib. O, 2014-cü ilin may ayında Rostov-na-Donu yaxınlığında bir qrup keçmiş hərbçilərdən ibarət təlim bazası təşkil edib və onlara komandirlik edib. 

Təlim keçən dəstə 2014-cü ilin yayında Ukraynada Luqanskda Metalist yaxınlığındakı döyüşlərdə və şəhər uğrunda gedən döyüşlərdə iştirak edib.

Utkin elə burada döyüş dəstəsinin adını “Vaqner” qoyur.
 
“Vaqner” adı hardan yarandı, hansı mənanı daşıyır

Utkin baxışına görə, neonasist olub.

“Vaqner” sözü alman sözü olub - zadəgan, nəcib ailə mənasını daşıyır.

Neonasist Üçüncü Reyx ideologiyasına sadiq olan Utkinin alman bəstəkarı Rixard Vaqnerə olan münasibətinə görə, yaratdığı özəl döyüşçü dəstəsinə “Vaqner” (bu söz həm də orkestr mənası daşıyır) adını verir.  Utkinin düşüncəsinə görə, necə ki, orkestrdə bütün musiqi alətləri olduğu kimi, hərbdə də döyüşçülər tapşırığı icra etmək üçün bütün silahlarla - minaatanlar, haubitsalar, tanklar, piyadaların döyüş maşınları və zirehli personal daşıyıcıları hər şeylə təchiz olunur. 

“Vaqner” 2015-ci ilin payızında Suriyaya köçürülür və orada fəaliyyət göstərməyə başlayır. Bu bölmənin Palmira hücumunda həlledici rol oynadığı deyilir.

Suriyadakı fəaliyyətinə görə, 2016-cı ilin dekabrında Dmitri Utkin Kremldə Vətən Qəhrəmanları Günü şərəfinə verilən qəbulda iştirak edir.

Prqojinin “Vaqner”ə sahiblənməsi

Yevgeni Priqojin 2017-ci ilin noyabrında Utkini “Concord Managemant and  Consalting” şirkətinə baş direktor təyin edir.

Lakin 2018-ci ildə Priqojin Deyr əz-Zorda “Vaqner” qrupunun uğursuzluğundan sonra Utkini Concorddakı vəzifəsindən uzaqlaşdırdığı bildirilir.

Təsdiqlənməmiş məlumatlara görə, 2022-ci ildə Utkin Priqojinlə birlikdə Ukrayna ilə müharibədə iştirak etmək üçün “Vaqner”ə məhbusları cəlb etmək üçün iki dəfə Rostov vilayətindəki rus həbsxanalarda olurlar. 

“Vaqner” fəaliyyəti dövründə Suriya, Cənubi Afrika Respublikasında (CAR), Liviya, Sudan, Mali, Mərkəzi Afrika Respublikası, Mozambik, Burkina Faso, Madaqaskar və Venesuelada fəal iştirak edir.

Son vaxtlar Avrasiyada, o cümlədən Ukraynada hərbi əməliyyatlarda iştirak edir. Hətta Qarabağda döyüşlərdə iştirakı barədə məlumatlar var. Əgər 2016-cı ildə “Vaqner”in şəxsi heyətinin sayı 1000 hərbçi idisə, 2022-ci ilin aprelinə qədər bu rəqəm 8000 nəfərə yüksəlib.

“Vaqner” fəaliyyət göstərdiyi ölkələrdə Rusiyanın tapşırıqlarını icra edib. 

Priqojin rus dövləti tərəfindən “Vaqner”in maliyyəçisi və himayəçisi olub. Komandir isə Dmitri Utkin olub.

Utkinin ailəsi

Uktin 2000-ci illərin əvvəllərində həyat yoldaşı Yelena Şerbinina ilə ayrılıb.

Dosye Mərkəzinin araşdırmasına görə, Utkin və həyat yoldaşı tütün məmulatları da daxil olmaqla ərzaq pərakəndə satışı ilə məşğul olan "Kaşulina" MMC-yə sahibdirlər. Onun Sankt-Peterburq və Krasnodarda mağazaları, bundan əlavə, hotel, gözəllik salonu var.

Və son…

Priqojin və Uktin 23 avqust 2023-cü ildə təyyarə ilə Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya düşərək ölüblər. Qəza zamanı ümumilikdə 10 nəfər ölüb.

Bəzi məlumatlara görə, Priqojin ölməyib. Sadəcə, ölən onun “dvoyniki”dir.

Böyük Britaniyada fəaliyyət göstərən “Chatham House” analitik mərkəzinin Rusiya üzrə eksperti Keir Gilesin fikrincə, Priqojin ölməyib: “Priqojini gizli saxlamaq üçün bir çox adamın adı “Yevgeni Priqojin” olaraq dəyişdirilib”. 

 

0.014003038406372