Trendə düşmək eşqi: uşaqlara vurulan dərin zərbə - VİDEO

Trendə düşmək eşqi: uşaqlara vurulan dərin zərbə - VİDEO
 

Son zamanlarda sosial şəbəkələrdə yer alan trend videolar bir çox insanların həyatının ayrılmaz hissəsinə çevrilib. İnsanlar baxış sayını artırmaq üçün hər şey edir. Bəs kənardan normal görünən bu trendə qoşulmaq həvəsinin altında, əslində, nə yatır?

Belə trend videolardan birində analar yumurtanı öz azyaşlı uşağının başında sındırır.

Paralel.az xəbər verir ki, tanınmış türkiyəli bədən dili mütəxəssisi, yazar Aşkım Kapışmak sözügedən videolara şərhində bildirib ki, insanlarda "görünmək", "tıklanmaq" istəyi günü-gündən travmatik hal almağa başlayıb:

"Bu, uşağa edilən psixoloji zorakılıqdır. Uşaq gözləmədiyi anda ana başında yumurta sındırır. Uşaq nə baş verdiyini anlamır və şoka düşür. Uşaqlar belə vəziyyətlərdə narahat olurlar və özlərini təhlükəsiz hiss etmək üçün anaları tərəfindən nəvaziş görmək istəyirlər. Ana qucaqladıqda onlarda qorxu azalır və özünə inam gəlir. Bu "trend" deyilən şiddətdə isə uşaq qorxur, anaya baxır, ana isə gülür və uşaq ağlamağa başlayır. Bəzi insanlar üçün sosial mediada diqqət çəkmək övladdan daha vacib olmağa başlayıb. Gülüb keçdiyiniz şeylər uşaqlarda böyük travma yarada bilir".

 

 

0.07476282119751