Priqojinin qəzaya uğrayan təyyarəsində olan Rüstəm Kərimov kimdir? 

Priqojinin qəzaya uğrayan təyyarəsində olan Rüstəm Kərimov kimdir? 
 

Xəbər verdiyimiz kimi, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin təyyarəsi qəzaya uğrayıb.

Dünən qəzaya uğrayan özəl təyyarədə Priqojinlə birgə digər 9 nəfər də həlak olub.

Ekipaj arasında azərbaycanlı olduğu ehtimal edilən tatar əsilli Rüstəm Kərimov da var. O, Embraer-135 özəl jetinin ikinci pilotu olub.

Məlumata görə, R.Kərimov əslən Perm vilayətindəndir. 29 yaşlı Rüstəm Kərimov Ryazan vilayətindəki Sasovo Mülki Aviasiya Uçuş Məktəbinin məzunudur. O, 2019-cu ildə evlənib.

0.017570972442627