Bu, bütövlükdə Cənubi Qafqaz-Mərkəzi Asiya əlaqələrinin inkişafına töhfə verəcək - AÇIQLAMA

Bu, bütövlükdə Cənubi Qafqaz-Mərkəzi Asiya əlaqələrinin inkişafına töhfə verəcək - AÇIQLAMA
 

“Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı xarici siyasətin əsas prioriteti hesab edilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ikitərəfli əməkdaşlıqla yanaşı, çoxtərəfli formatlarda əməkdşalıq edilməkdədir.  Bildiyiniz kimi, hazırda Azərbaycan-Türkiyə-Özbəkistan, Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Qırğızıstan üçtərəfli formatda, bundan əlavə olaraq Türk Dövlətlər Təşkilatında çoxtərəfli formatda əməkdaşlıqlar mövcuddur. Azərbaycan yerləşdiyi əlverişli coğrafi məkandan istifadə etməklə Cənubi Qafqazla Mərkəzi Asiya və Avropa,  Yaxın Şərq, Şimali Afrika, Şərqi Asiya ölkələri arasında güclü əlaqə rolunu oynamaqdadır”.

Bunu “Paralel.az ”a açıqlamasında deputat Şahin İsmayılov Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfərini və onun əhəmiyyətini şərh edərkən deyib.
Onun sözlərinə görə, yeni dünya düzəni və İkinci qarabağ savaşından sonra Azərbaycan bölgədə yaratdığı yeni geosiyasi reallığa uyğun olaraq siyasətini yürütməkdədir. “Yeni geosiyasi reallığın tələbi təkcə enerji, iqtisadi sahədə regional əməkdşalıq deyil, eyni zamanda logistik sahədə əməkdşalığın inkişaf etdirilməsidir. Cənab Prezidentin  qlobal çağırışların tələbinə uyğun şəkildə  yürütdüyü çevik siyasət nəticəsində Azərbaycan təkcə enerji, iqtisadi sahədə deyil, eyni zamanda logistik bir qovşağa çevrilməkdədir. Belə bir imkanlara sahib olmağımız digər ölkələrin Azərbaycanla əməkdaşlığa sövq edir”, - o qeyd edib.

Deputat əlavə edib ki, son illərdə Azərbaycanın Mərkəzi asiyanın  ən güclü və strateji cəhətən çox böyük əhəmiyyət kəsb edən qardaş Özbəkistanla da münasibətlərimiz davamlı  şəkildə inkişaf etməkdədir: “Son bir neçə ildə Azərbaycan Özbəkistan əlaqələri yeni  bir inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti nəticəsində artan templə inkişaf etməkdədir. Bu iki ölkə arasındakı əlaqələri strateji tərəfdaşlıq səviyyəsindəki münasibətlər kimi dəyərləndirmək olar.  Dövlət başçılarının  qarşılıqlı səfərləri, imzalanan sənədlər, yeni razılaşmalar, Özbəkistanın işğaldan azad olunmuş ərazilərimizin bərpasına qardaş dəstəyi göstərərək Füzuli şəhərində məktəb binası tikməsi və digər sahədəki əməkdşalıqlar bunun bariz nümunəsidir.

Hesab edirəm ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Azərbaycana  reallaşan növbəti səfəri, burada imzalanan sənədlər, işaldan azad olunmuş Füzuliyə səfəri və orada Özbəkistanın dəstəyi ilə tikilən məktəbin açılışında iştirakı əməkdaşlığımızın daha üst səviyyəyə qalxmasına, iki ölkə arasında dostluq, qardalıq münasibətlərinin daha da dərinləşməsinə öz töhfəsini verəcək.

Bu səfər təkcə iki ölkə arasındakı əlaqələrin inkişafına deyil, eyni zamanda Mərkəzi Asiya ilə Cənubi Qafqaz, Türkiyə, Cənub-Şərqi, Mərkəzi Avropa, Yaxın şərq, Şimali Afrika ilə əlaqələrə müsbət təsirini göstərmiş olacaq. O baxımdan Özbəkistan prezidentinin Azərbaycana səfəri çox böyük əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya coğrafiyasında  necə mühüm rola malik olan ölkə olduğunu göstərir”.

 

0.027790069580078