Danimarka F-16-ları Ukraynaya bir şərtlə verir: “Yalnız öz ərazisində istifadə edə bilər”
“Danimarka və Niderlandın verdiyi F-16 qırıcı təyyarələrini Ukrayna yalnız öz ərazisində istifadə edə bilər”.
Paralel.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Yakob Ellemann-Jesen deyib.
O bildirib ki, bu texnika Ukraynaya yalnız düşməni Ukrayna ərazisindən sıxışdırmaq üçün verilir.
Qeyd edək ki, avqustun 20-də Niderland və Danimarka F-16 qırıcılarını Ukraynaya təhvil vermək qərarını açıqlayıb. Ukraynalı pilotlar və mühəndislər artıq bu təyyarələrdən istifadə qaydalarını öyrənməyə başlayıblar. Danimarka gələn ilə qədər ilk F-16-ları Ukraynaya təhvil verməyi planlaşdırır.