Rusiyalı milyarderdən şok: Sülh danışıqları bu tarixdə olacaq

Rusiyalı milyarderdən şok: Sülh danışıqları bu tarixdə olacaq
 

Rusiya Federasiyasından olan milyarder, metallurgiya maqnatı Oleq Deripaska 2023-cü ilin payızında Rusiya Federasiyası ilə Ukrayna arasında sülh danışıqlarının başlanacağını söyləyib.

Paralel.az ” xəbər verir ki, bu barədə rusiyalı milyarder özünün teleqram kanalında bildirib.

“Bəli, Ukrayna münaqişəsi üzrə sülh danışıqları sentyabrın sonunda başlaya bilər”, - Deripaska qeyd edib.

Onun fikrincə, danışıqları ABŞ rəhbərliyinin iqtisadi mülahizələri müəyyən edəcək və Birləşmiş Ştatlar "düşmənləri ilə kompromis tapmalıdır". Bundan sonra milyarderin dediyi kimi, Rusiya “bir müddətlik unudulacaq” və bu da, Rusiya Federasiyasına investisiya və iqtisadi canlanma şansı verəcək. 

Deripaska onu da qeyd edib ki, müharibədən sonrakı Rusiya iqtisadiyyatı cənub və şərqə yönəldiləcək.

 

0.014300107955933