Kiyev F-16-ları Rusiyadan necə qoruyacaq? - İqnat

Kiyev F-16-ları Rusiyadan necə qoruyacaq? - İqnat
 

Ukrayna hazırda mövcud qırıcıları üçün istifadə etdiyi logistikadan istifadə etməklə F-16-ları Rusiya tərəfindən məhv edilməkdən qoruya biləcək.

Paralel.az ” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib.

Onun sözlərinə görə, F-16-lar Rusiya-Ukrayna müharibəsinin gedişatını dəyişməyə və işğal olunmuş ərazilərdə hava üstünlüyünü təmin etməyə qadirdir. 

O bildirib ki, hazırda rus qırıcıları Ukraynanın yaşayış məntəqələrinə hava zərbələri endirir.

“Onlar F-16 ilə bunu edə bilməyəcəklər. Deməli, hava üstünlüyü yerdə uğurun açarıdır”, -  o qeyd edib.

İqnat əlavə edib ki, Rusiya əhəmiyyətli dərəcədə  aviasiya potensialına malikdir: “Tammiqyaslı işğal zamanı Rusiyanın Ukrayna ətrafında 750 təyyarə və helikopteri olub. Amma Qərb qırıcılarının olması Ukraynaya Rusiya aviasiyasının demarkasiya xətləri və sərhədləri boyunca fəaliyyətini azaltmağa imkan verəcək”. 

F-16-ların təhlükəsizliyinin təmin edilməsinə gəldikdə iqnat qeyd edib ki, bu istiqamətdə də işlər görülür və hər hansı problem yoxdur.

 

0.014695882797241