Rusiya MN bildirir ki, Ukrayna PUA ilə gecə bir neçə şəhərə hücum edib
Paralel.az "ПУТИН СЕГОДНЯ РОССИЯ" teleqram kanalına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Kiyevin Moskva və Moskva vilayətində obyektlərə PUA-nın köməyi ilə terror aktı törətmək cəhdinin gecə saatlarında qarşısının alındığı, PUA-nın elektron texnika vasitəsilə məhv edildiyi bildirilir.
- Rusiya Müdafiə Nazirliyi bildirib ki, Belqorod vilayəti üzərində Rusiya hava hücumundan müdafiə qüvvələri iki Ukrayna PUA-nı vurub, itki və dağıntı yoxdur.
- Kiyev gün ərzində Donetsk istiqamətində 280-dən çox, Zaporojye istiqamətində 135-ə qədər, Yujnodonetsk istiqamətində 130-dan çox, Krasnolımanski istiqamətində 70-ə qədər, Kupyanski istiqamətində 60-a qədər, 30-dək yaraqlısını itirib.
- Nikolayev vilayətinin Oçakov şəhəri yaxınlığında Ukrayna qoşunlarının silah-sursat anbarı məhv edilib.
- Kursk vilayət qubernatoru Starovoit bildirib ki, Ukraynaya məxsus PUA Kurskda dəmiryol vağzalının binasına hücum edib, orada yanğın baş verib, 5 nəfər yaralanıb.
- Rostov vilayətinin qubernatoru Qolubev bildirib ki, səhər saatlarında kamikadze pilotsuz uçan aparatlardan istifadə etməklə, terror aktı törətməyə cəhd edilib, PUA-lar elektron döyüş texnikası ilə zərərsizləşdirilib, tələfat və dağıntı olmayıb.
- Danimarkanın baş naziri ölkənin 19 ədəd F-16 qırıcısını Kiyevə təhvil verəcəyini açıqladı.
- Amerikanın “The Washington Post” qəzeti yazır ki, Ukraynanın “əks-hücum” çərçivəsində hərəkət etmək imkanları tükənmək üzrədir.