Zelenski "F-16"ların Ukraynaya çatdırılması məsələsini qaldıracaq

Zelenski
 

Niderlanda səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski "F-16"ların ölkəyə tədarükü məsələsini qaldıracaq.

Paralel.az xəbər verir ki, bu barədə Ukrayna lideri teleqram kanalında bildirib.

Səfər çərçivəsində Zelenski Baş nazir Mark Rutte ilə danışıqlar aparacaq.

Qeyd edək ki, avqustun 17-də Amerika Birləşmiş Ştatları "F-16" qırıcılarının Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsini təsdiqləyib. ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Ukrayna pilotların hazırlığı başa çatdıqdan sonra Amerika qırıcıları ilə təmin olunacaq.

 

0.013902902603149