KİV: NATO Ukraynanın qələbəsinə inamını itirib

KİV: NATO Ukraynanın qələbəsinə inamını itirib
 

Şimali Atlantika Alyansı Ukraynanın münaqişədəki qələbəsinə inamını itirib.

Paralel.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti istefada olan britaniyalı polkovnik Riçard Kempə istinadən məlumat yayıb.

"Yens Stoltenberq ofisinin rəhbəri Stian Yensen, sülh müqaviləsinin Kiyevin NATO-ya üzv olmaq müqabilində Rusiyanın lehinə ərazilərdən imtina etməsini nəzərdə tuta biləcəyini söylədi", - deyə o bildirib.

Britaniyalı polkovnik əmin olduğunu bildirib ki, NATO Baş Katibinin ofisinin rəhbərinin sözləri Qərb dövlətlərinin Ukrayna dövləti ilə bağlı real niyyətlərini əks etdirir, onları “daha ​​ucuza” və mümkün qədər tez satmaq niyyətindədirlər.

 

0.08847188949585