Məşhur türkiyəli futbolçu da Səudiyyəyə transfer oldu

Məşhur türkiyəli futbolçu da Səudiyyəyə transfer oldu
 

İtaliyanın "Atalanta" klubunun futbolçusu Merih Dəmiral "Əl-Əhli"yə transfer olunub.

Paralel.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun saytı məlumat yayıb. Bu transfer üçün 20 milyon avro təzminat ödənilib.

Qeyd edək ki, "Əl-Əhli" bu yay Roberto Firmino, Riyad Mahrez, Allan Sent-Maksimen, Rojer İbanez,Frank Kessye və Eduard Mendi kimi tanınmış futbolçuları heyətinə qatıb.

 

0.01348614692688