Britaniya səfirliyinin bu ölkədəki işçiləri təxliyə edildi

Britaniya səfirliyinin bu ölkədəki işçiləri təxliyə edildi
 

Böyük Britaniya çevrilişin baş verdiyi Nigerdəki səfirliyini bağlayıb.

Paralel.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, səfirliyin işçiləri təxliyə olunub.

"Biz bütün Britaniya əməkdaşlarımızı müvəqqəti olaraq Nigerdən çıxardıq və səfirliyimiz məsafədən fəaliyyət göstərir. Britaniya Ali Komissarının Laqosdakı müavini tərəfindən yardım göstərilməyə davam edəcək", - bəyanatda deyilir.

Xarici İşlər Nazirliyi vətəndaşlara Afrika ölkəsinə getməyi tövsiyə etmir.

 

0.013510942459106