İran suyu kəsdi – İraq etiraz etdi

İran suyu kəsdi – İraq etiraz etdi
 

İran hökuməti Kiçik Zab çayının qarşısını kəsdiyi üçün İraq əhalisi içməlu su qıtlığı ilə üzləşib.

Paralel.az xəbər verir ki, bu barədə İraqın Süleymaniyyə əyalətinin Raniyə şəhərinin Su İdarəsinin başçısı Salam Ömər məlumat verib.

O, İran hökumətinin bu hərəkətinin qanuna zidd olduğunu bildirib.

“Bu addım nəticəsində Süleymaniyyə əyalətində on minlərlə ailə susuz qalıb. İsti yay aylarında onsuz da quraqlıqdan əziyyət çəkən iraqlılara qarşı belə bir hərəkət anlaşılan deyil”, - Ömər İran tərəfinin əməlini qınayıb.

 

0.078402042388916