İsveç Ukraynaya 500 milyon vəd etdi

İsveç Ukraynaya 500 milyon vəd etdi
 

İsveç bərpa üçün Ukraynaya 500 milyon avro ayırmaq niyyətindədir.

Paralel.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin sözçüsü Sergey Nikiforov məlumat verib.

“Hərbi dəstəkdən əlavə, İsveç bir neçə il ərzində Ukraynanı bərpa etmək üçün təxminən yarım milyard avroluq strategiya qəbul edib. Bu, ilkin məbləğdir, özəl biznes də layihəyə qoşula bilər”, - məlumatda qeyd edilib.

 

0.012118816375732