Çerniqovun mərkəzinə raket atıldı: ölənlər var – YENİLƏNİB

Çerniqovun mərkəzinə raket atıldı: ölənlər var – YENİLƏNİB
 

Rusiya hərbçiləri Çerniqov şəhərinin mərkəzini “İsgəndər” tipli raketlə vurublar.

Ukrayna mediası xəbər verir ki, bu barədə Çerniqov vilayəti Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus məlumat verib.

“Rusiyanın “İsgəndər” raketi ilə endirdiyi raket zərbəsi nəticəsində 7 nəfər həlak olub, 128 nəfər tibbi yardım üçün müraciət edib. Onların əksəriyyətinə ambulator yardım göstərilib, bundan sonra insanlar evlərinə buraxılıb”, – deyə Çaus əlavə edib.

***

Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində yaralananların sayı 117-yə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RBK Ukraina” məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı ümumilikdə 7 nəfər ölüb, 117 nəfər yaralanıb.

Paralel.az

0.03640604019165