Bakıda keçirlən dünya çempionatında daha bir qrupa medalçı mükafat alıb

Bakıda keçirlən dünya çempionatında daha bir qrupa medalçı mükafat alıb
 

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma yarışları keçirilib.

"Report" xəbər verir ki, isveçli Viktor Lindqren hamını qabaqlayaraq qızıl medal qazanıb.

20 yaşlı idmançı 251.3 xal toplayıb. Çin təmsilçisi Haoran Yanq "gümüş" əldə edib. O, liderdən 0,7 xal geri qalıb. Bürünc medal isə çexiyalı Frantisek Smetananın payına düşüb.

İlk yarışın nəticələrinə əsasən, İsveç, Çin, Çexiya və Qazaxıstan idmançıları öz ölkələri üçün Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandırıblar.

Qeyd edək ki, Bakıda ilk dəfə keçirilən atıcılıq üzrə dünya çempionatı 2018-ci ildən bəri bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Mundialda 100-dən artıq ölkədən 2000-dək idmançı və nümayəndə iştirak edir.

0.016585111618042