"Mən həmişə gizli sövdələşmələrə qarşı çıxdım” – Babacan

 
 

“Biz altılı masa olaraq bu ölkəni heç bir qarşıdurma, dava-dalaş olmadan idarə edəcəyimizə dair lazımi inamı vətəndaşlarımıza verə bilmədik. Təəssüf ki, biz o güvəni yarada bilmədik”.

Paralel.az xəbər verir ki, bunu Türkiyənin DEVA Partiyasının sədri Əli Babacan prezident seçkilərindəki məğlubiyyətlə bağlı sualı cavablandırarkən deyib.

“Ümit Özdağ və Kamal Kılıçdaroğlu arasında imzalanan memorandum isə məni məyus etdi. Bu, panika halında imzalanan sənəd idi. Kılıçdaroğlu 2-ci turda “altılı masa”dan Ümit Özdağ və Sinan Oğanla təmas qurmaq barədə bizim fikrimizi soruşdu və heç bir etiraz olmadı. Mən həmişə gizli sövdələşmələrə qarşı çıxdım”, - deyə o, bildirib.

0.018630981445312