Fazil Mustafa deyir ki: “Ən çox söyüş söyən dindarlardır” – VİDEO

Fazil Mustafa deyir ki: “Ən çox söyüş söyən dindarlardır” – VİDEO
 

Baku TV-də yayımlanan “Qapqara” verilişinin növbəti buraxılışı efirə gedib.

BAKU.WS xəbər verir ki, verilişin budəfəki sayının qonağı millət vəkili Fazil Mustafa olub.

Deputat verilişdə martın 28-də evinin önündə məruz qaldığı sui-qəsddən danışıb:

“Hücumdan sonra böyük sarsıntı yaşamadım. Bu hadisə mənim üçün yeni başlanğıcdır.

Həm düşüncəmin dəyişməyinə, həm də səhvlərimi görməyimə xeyirinin olduğunu düşünürəm”.

Verilişdə sünni və şiə ayrı-seçkiliyindən də söhbət açılıb:

“Bəzən deyirlər ki, Azərbaycanda 60% şiə, 40% əhli-sünnə camaatı var. Bəs bunların arasında müsəlman yoxdur? Qurana istinad etməyən hər hansı bir islam insan ağlının uydurduğu islamdır”.

Söhbət zamanı islamafobiyadan da bəhs olunub:

“İslama edilən hücum müsəlmanların yaratdığı qorxu ilə bağlıdır. Müsəlman birinci özünü islah etməlidir. Özünü insansevər, din adamı kimi göstər ki, yanındakı dinindən asılı olmayaraq səndən çəkinməsin. Səni xeyirli əməl adamı kimi qəbul etsin”.

Fazil Mustafanın sözlərinə görə, ən çox söyüş söyən dindarlardır:

“Söylədiklərimi bəyənmirsinizsə, mənimlə müzakirəyə çıxın. Kiminsə hansısa fikrini bəyənməyəndə onu söyməməlisiniz”.

 
 
 
    
0.053262948989868