Ən az abituriyent bu qrupa müraciət edir

Ən az abituriyent bu qrupa müraciət edir
 

Dördüncü ixtisas qrupuna sayca ən az abituriyent müraciət edir. 

Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə danışıb. 

O bildirib ki, IV qrupa 5000-ə yaxın abituriyent üz tutub: “Onlar Tibb Universitetinə qəbul olmaq üçün bu ixtisas qrupunu seçirlər. Lakin burada müsabiqə vəziyyəti çox yüksəkdir. Burada cəmi plan yerləri 4100 nəfərdirsə, 3045 nəfər dövlət sifarişli yerlərə qəbul ola biləcək. Bu qrupda tibb ixtisası üzrə 730 dövlət sifarişi üzrə yer ayrılıb". 

Məleykə Abbaszadə onu da bildirib ki, Azərbaycan Tibb Universitetində yeni bir ixtisas da var: "Fizioterapiya və tibbi reabilitasiya ixtisası. Bu, çox mühüm bir sahədir. Belə ki, tibbi reabilitasiya təkcə xəstə insanlara xidmət göstərmək üçün deyil. Eyni zamanda müharibədən sonra buna ehtiyacı olan kifayət qədər qazilərimiz var". 

 

0.018800973892212