Beyləqanın icra başçısı Asif Ağayev Bulud Aslanovu “JEK”-ə niyə müdir təyin etdi?
Beyləqan Rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayevin icra hakimiyyətinin inzibati binasında fövqəladə iclas keçirdiyi bildirilir. Bu barədə RealMedia.az-a icra hakimiyyətində fövqalədə iclas keçirib. Bu barədə etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, fövqəladə iclasa ancaq rayonun Mənzil İstismar Sahəsinin (MİS) kollektivi cağırılıb.
Bilgilərə gorə icra başçısının “fövqəladə” iclas keçirməsinin səbəbi Bulud Aslanovu Mənzil İstismar Sahəsinə rəisi təyin etməkdir.
Bildirilir ki, icra başçısının Bulud Aslanovu belə tələm-tələsik şəkildə “JEK”-ə rəis təyin etməsinin əsas səbəbi B. Aslanovun qanunsuz fəaliyyətini və korrupsiyaya şərait yaradan halları ehtiva edən şikayətlərin rayon prokurorluğuna daxil olması və barəsində ilkin araşdırmaların aparılması ilə bağlıdır. Bu üzdən də icra başçısı tələsik iclas keçirməklə, Bulud Aslanovu “JEK”-ə rəisi təyin edir. Bu arada onu da vurğulayaq ki, Bulud Aslanov hazırda Beyləqan rayon Mənzil İstismar Sahəsində müavin vəzifəsində çalısır. O, 2 il əvvəl icra başçısı Asif Ağayevlə sövdələşərək idarədə müavin ştatını elə keçirib. Əmək qanunvericiliyinin tələblərinə görə, o halda müəssisədə müavin ştatına zərurət yaranır ki, həmin müəssisənin işçilərinin sayı 50 nəfərdən yuxarı olsun. Aşağı olan müəssisələrdə müavin ştatı zəruri deyil.
Beyləqan rayon Mənzil İstismar Sahəsinin (MİS) ümumi isçilərin sayı 22 nəfər təşkil edir. Belə olanda halda, əlbəttə ki, qanunvericiliklə götürsək, MİS-də müavin ştatına ehtiyac yaranmır. Son 2 ilə qədər də bu idarədə müavin olmayıb. Bu yerdə sual yaranır: indi nə dəyişdi ki, Asif Ağayev bu müəssisəyə müavin ştatının yaranmasına zərurət duydu? Bax, bu maraqlıdır. Heç bir zərurət olmadığı halda, (məsələn, müəssisənin ifəaliyyəti, şçilərin sayı artmayıbsa) əgər müavin ştatı yaradılırsa, demək ki, ortada korrupsiya faktı mövcuddur.
Hazırda isə Bulud Aslanov müəssisənin rəisi vəzifəsini müvəqqəti icra edir. Hətta o da vurğulanır ki, Bulud Aslanov müəssisədə rəis vəzifəsini müvəqqəti icra etdiyi vaxt vəzifəsindən sui-istifadə edərək, idarənin digər vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərinə müdaxilə edib, (onu özunün qanunsuz əməllərinə tabe edə bilmədiyi üçün) onun vəzifə səlahiyyətlərini məhdudlaşdırıb, əlindən almış, bu səlahiyyəti idarənin başqa bir işçisinə həvalə edib. Bununla bağlı mediasiya şuraya müraciət olunub, hazırda bununla bağlı sənədlər məhkəmə mərhələsinə hazırlanır.
Mənbə iddia edir ki, bütün baş verən qanunsuzluqlarla bağlı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev rəsmən məlumatlıdır. İcra başçısı bilir ki, MİS-ə rəis təyin etdiyi Bulud Aslanov barəsində rayon prokurorluğuna şikayət ərizəsi daxil olub, həmçinin məhkəməyə verilməsi üçün mediasıya Şurasına rəsmi müraciət olunub. Bu halda, icra başçısı, ən azı, Bulud Aslanovla bağlı təyinat məsələsini ləngitməli, prorurorluğun və məhkəmənin qərarını gözləməlidir. Ancaq GÖZLƏMİR…
Bulud Aslanovu “JEK”ə “fövqəladə” rəis təyin etmək üçün iclas çağırır. Bu da Xoruzun quyruğunun görsənməsidir. Bax, indi xoruzun boynunun kimin qoltuğu altında olduğunu özünüz müəyyən edin...
Söz sizindir, Asif Ağayev…
P.s. Ən yaxşı halda “JEK” ləğv edilərək, digər kommunal müəssisəyə birləşdirilməlidir.(RealMedia.az)
Paralel.az