Hansı partiyaların qeydiyyatı ləğv olunub?

Hansı partiyaların qeydiyyatı ləğv olunub?
 

Siyasi partiyaların ələnməsi davam edir. Novator.az bildirir ki, Ədliyyə Nazirliyinin məlumatına görə, özünü buraxmış 13 partiyanın dövlət qeydiyyatı ləğv olunub: Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Qorqud Partiyası, Milli Vəhdət Partiyası, Müstəqil Xalq Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Yeni Yol Partiyası.

1992-ci ildən siyasi partiyaların fəaliyyətini tənzimləmiş qanun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyub. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanun qeydiyyat həddini 5000 üzvə qaldırıb. Dövlət qeydiyyatında olan 59 partiyaya üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini (siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi) hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitib.

Azad Demokratlar Partiyası üzvlərinin sayını 5000 nəfərə çatdıra bilmədiyini bəyan edərək dövlət qeydiyyatına məsul Ədliyyə Nazirliyinə üz tutmayıb. Ədliyyə Nazirliyi iyulun 18-də bəyan edib ki, yeni qanun qüvvəyə mindiyi gündən ötən müddətdə 31 partiya öz təşəbbüsü ilə ləğv olunub, 27 siyasi partiya üzvlərinin reyestrini nazirliyə təqdim edib.

İlkin yoxlamadan sonra bir neçə partiyanın, o cümlədən Azərbaycan Xalq Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyasının sənədləri qüsurları aradan qaldırmaq üçün geri qaytarılıb.

Paralel.az

0.047475099563599