Dünyanın ən böyük muzeylərindən birində oğurluq hadisəsi olub

Dünyanın ən böyük muzeylərindən birində oğurluq hadisəsi olub
 

Dünyanın və Böyük Britaniyanın ən böyük muzeylərindən biri olan Britaniya Muzeyindən bəzi eksponatlar oğurlanıb və zədə görüb.

Ölkə. Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisədən sonra bir əməkdaş işdən çıxarılıb.

Oğurlanmış əşyalar arasında qızıl, zinət əşyaları və yarı qiymətli daşların da olduğu bildirilib.

Muzeydən verilən məlumata görə, eksponatların böyük əksəriyyəti anbarlarda saxlanılır.

Muzey direktoru zinət əşyalarının geri qaytarılması üçün əlindən gələni edəcəyini söyləyib.

Qeyd edək ki, hər il Britaniya Muzeyini altı milyon insan ziyarət edir.

Muzeyin kolleksiyasında altı qitədən toplanmış iki milyon il əvvələ aid eksponatlar var.

Muzeydəki bəzi eksponatların sahibliyi mübahisələrə və məhkəmə çəkişmələrinə səbəb olur.

 

0.017263889312744