“Azərişıq” bu şirkətlərə 27 milyon manat ödəyəcək

“Azərişıq” bu şirkətlərə 27 milyon manat ödəyəcək
 

“Tovuz Şəhər” və “Karxana” yarımstansiyaları yenidən yenidən qurulacaq.

Paralel.az xəbər verir ki, “Azərişıq” ASC bununla bağlı iki tender keçirib.

Belə ki, tenderlərlə Tovuz rayonu ərazisində 110/35/10 KV “Tovuz Şəhər” yarımstansiyasının 2x25 MVA gücündə yenidən qurulması və giriş-çıxış xətlərinin köçürülməsi və Mingəçevir şəhəri ərazisində yerləşən mövcud 35/6 kV-luq 2x10 MVA gücündə “Karxana” yarımstansiyasının 110/35/6 kV-luq 2x40 MVA gücündə yenidən qurulması və 110 KV-luq şəbəkə ilə əlaqələndirilməsi işləri satın alınıb.

Qaliblər isə müvafiq olaraq “Enerji Construction” QSC və “Smart Energy Services” MMC olub.
Şirkətlərlə 12 331,467 min manat və 14 987,837 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

 

 

0.03378701210022