"Luna-25” kosmik gəmisi Ayın orbitinə çıxdı

 

Rusiyanın “Luna-25” kosmik gəmisi Ayın orbitinə çıxıb.

Xarici KİV  xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada ölkənin 1976-cı ildən Aya göndərdiyi ilk kosmik gəmi olan Luna-25-in fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb.

Açıqlamada  kosmik gəmidəki bütün sistemlərin normal işlədiyi qeyd edilib.

Qeyd edək ki, “Luna-25” avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən “Vostochnıy” kosmodromundan “Soyuz 2.1b” raketi ilə buraxılıb.

Təxminən 1 il müddətində Ayda araşdırma aparacaq “Luna-25” kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirlərini araşdıracaq, eyni zamanda su axtarışlarını həyata keçirəcək.

 

0.014375925064087