İlkin Rüstəmli hakimdir, yoxsa AMEA hüquq müdiri Kamal Əliyevin vəkili?

İlkin Rüstəmli hakimdir, yoxsa AMEA hüquq müdiri Kamal Əliyevin vəkili?
 

 İlkin Rüstəmli hakimdir, yoxsa AMEA hüquq müdiri Kamal Əliyevin vəkili ?

Səbail məhkəməsi apellyasiya şikayətini yuxarı instansiyaya göndərməkdən qərəzli savadsızlıqla imtina edir

Səbail məhkəməsinin hakimi İlkin Rüstəmli AMEA işlər idarəsinə ( keçmiş müdir Fətəli Abdullayev , müavini Sərdar Əliyev və b.) qarşıŞərifzadə küçəsində Akademiya əməkdaşları üçün tikilən evin qanunsuz bölgüsü və dəyən maddi-mənəvi ziyanın ödənilməsi” tələbi ilə iddia üzrə 21.06.2023 tarixli, 2(009)-1045/23 saylı qətnaməsindən iddiaçı AMEA üzrə yeganə 1-ci dərəcəli Qarabağ qazisinin iddiasını təmin etməyib. Hakimin saxta əsası AMEA-ya 2021-ci ildə gələn hüquq müdiri Kamal Əliyevin yataqxana üzrə mütəxəssis Azər Quliyevlə birgə əllə yazdığı (?)“heç vaxt aspirantlar yataqxanasında qeydiyyatda olmamaq və yaşamamaq” haqqında kağız parçası olub. İddiaçının təqdim etdiyi möhürlü -ştamplı 40-dan yuxarı sənədləri görməzliyə vuran hakim nə saxta sübutları araşdırıb, nə də 1-ci dərəcəli Qarabağ qazisinin vəkillə təminat, AMEA-da olan sübutların məhkəməyə təqdim olunması, keçmiş işlər müdiri və müavinin əlavə cavabdehlər kimi cəlb edilməsi haqqında vəsatətlərinə baxıb. Heç irəli sürdüyü baxılmayan tələbi üzrə MPM-in 229-cu maddəsinə əsasən əlavə qətnamə çıxarılması barədə ərizəsinə də baxılmayıb.

Hakim İlkin Rüstəmli necə sifariş alıbsa, heç apellyasiya şikayətini də Bakı Apellyasiya Məhkəməsinə göndərməkdən imtina edir ki, MPM-in 361-ci maddəsinə əməl olunmıyıb. Halbuki “elektron məhkəmə” sistemi vyolu ilə elektron kabinetdən verilən ərizə, şikayət və sənədləri elə sistem özü yönləndirir, tənzimləyir. “E-məhkəmə” sisteminin tətbiqi elə süründürməçiliyə son qoymaq, gərəksiz sənədlərin tələb edilməsinin qarşısını almaq, məhkəmə təminatı hüququndan asan yolla yararlanmaqdan yanadır. Səbail məhkəməsinin “e-məhkəmə” sistemini gözdən salması, bu sistem yolu ilə iddiaçının göndərdiyi sənədlərin “oxunmamaslnın” iddia edilməsi yalnız məhkəməyə sifarişdən qaynaqlanır.

MPM-in 10-1.3 maddəsinə görə, mülki məhkəmə icraatı, eləcə də ərizə, şikayət və sənədlərin göndərilməsi , qəbulu və çatdırılması “e-məhkəmə” sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5 maddəsi doğrulayır: “ Bu Məcəllənin 10-1.3 maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz”. Səbail məhkəməsi isə qətnamədən apellyasiya şikayətini geri qaytarıb və apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinə əsasən verilməsini tələb edib. Bir daha bildiririk ki, elektron kabinetdən verilən şikayət başqa formada tələb oluna bilməz.

Belə çıxır, yuxarıdan sifariş necə verilibsə, yuxarı instznsiyaya şikayətə də qeyri-prosessual qadağa qoyulub. Bu qadağa isə konstitusion mıhkəmə təminatı hüququna qadaö deməkdir.

Məğrur Bədəlsoy

"Paralel.az"

 

0.010524988174438