Dünyada nadir rastlanan xəstəlik olan “gəzən cəsəd sindromu” nədir?

Dünyada nadir rastlanan xəstəlik olan “gəzən cəsəd sindromu” nədir?
 

Gəzən cəsəd sindromu və ya Kotard sindromu olaraq bilinən bu psixoloji xəstəlik ilk dəfə 1882-ci ildə Dr.Jül Kotard tərəfindən müəyyən edilib. 

Paralel.az xəbər verir ki, indiyə qədər məhdud sayda insanda müşahidə edilən gəzən cəsəd sindromunda olan insan orqanlarını itirdiyinə və ya öldüyünə inanmağa başlayır. Beynəlxalq Tibb Kitabxanasındakı bir hadisəyə görə, adı açıqlanmayan bir qadın öldüyünə inandığı və ondan çürümüş ət iyi gəldiyi və meyitxanaya aparılmalı olduğunu bildirdiyi üçün psixiatriya şöbəsinə yerləşdirilib. Digər bu kimi hadisə isə motosiklet qəzası keçirən bir əsgərin başına gəlib. O, qəzadan sonra öldüyünü iddia edib və yeməkdən və terapevtlərin köməyindən imtina edib.

403679

Xəstəlik haqqında məlumat çox məhduddur, lakin mütəxəssislər bunun həm bioloji, həm də psixoloji səbəblərdən qaynaqlandığını düşünürlər.

Əldə edilən məlumatlardan məlum olub ki, bu sindrom dağınıq skleroz (MS), Parkinson xəstəliyi, tif, miqren, ürək transplantasiyası fəsadları ilə əlaqəli ola bilər.

Sindrom daha çox yaşlı insanlarda müşahidə olunsa da, yeniyetmə və uşaqlarda da aşkar oluna bilər.

 

 

0.018126964569092