Sumqayıtda kütləvi zəhərlənmə baş verib - YENİLƏNİB

Sumqayıtda kütləvi zəhərlənmə baş verib - YENİLƏNİB
 

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına bu gün saat 10:10-da 12 nəfər zəhərlənmə halı ilə bağlı müraciət edib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlardan 6 nəfəri qadın, 6 nəfəri kişidir. Zəhərlənənlərdən 2 nəfəri reanimasiyada, 3 nəfəri terapiya şöbəsində, 7 nəfəri isə müşahidə palatasında müalicələrini davam etdirilər. Vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur.

 

Sumqayıtda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

APA-nın xəbərinə görə, 13 nəfər zəhərlənmə əlamətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub. İlkin məlumata görə, onlar taxta sexinin işçiləridir, sexə birəyə qarşı vurulan dərmandan zəhərləniblər.

 

0.012864828109741