Zelenski 200 milyon dollarlıq yardım paketi üçün ABŞ-a təşəkkür edib

Zelenski 200 milyon dollarlıq yardım paketi üçün ABŞ-a təşəkkür edib
 

Ukrayna Prezidenti Volodimir Zelenski 200 milyon dollarlıq yardım paketi üçün ABŞ Prezidenti Cozef Baydenə, ABŞ Konqresi və Amerika xalqına təşəkkür edib.

"Report" xəbər verir ki, bu barədə Zelenski rəsmi "X" hesabında qeyd edib.

"Hava hücumundan müdafiə raketləri, artilleriya döyüş sursatları, mina təmizləmə sistemləri və tank əleyhinə silahlar Müdafiə Qüvvələrimizə güc qatacaq. Birgə qələbəmizə doğru daha bir addım!", - deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ Ukraynaya 200 milyon dollar dəyərində yeni təhlükəsizlik yardımı göndərəcək. Hərbi yardım paketinə hava hücumundan müdafiə sursatları, artilleriya mərmiləri, zireh əleyhinə vasitələr və minatəmizləmə avadanlıqları daxildir.

 

0.018392086029053