Hindistan Çinlə mübahisəli sərhədə 68 min əsgər yerləşdirdi

Hindistan Çinlə mübahisəli sərhədə 68 min əsgər yerləşdirdi
 

Hindistan Hərbi Hava Qüvvələri Çin ilə sərhəddə yerləşən Ladax bölgəsinin şərqinə çoxlu sayda əsgər və hərbi texnika daşıyıb.

Paralel.az -ın məlumatına görə, “Hindustan Times” adını açıqlamaq istəməyən rəsmilərə istinadən xəbər verir ki, Çin və Hindistan arasında hərbi səviyyədə baş tutması gözlənilən görüşdən əvvəl sözügedən ərazidə hərbi aktivlik müşahidə edilib.

Hindistan Hərbi Hava Qüvvələri Ladaxın şərqinə böyük ölçüdə hərbi texnika, o cümlədən 68 min əsgər, 330 piyada döyüş maşını, 90 tank, bir neçə artilleriya silahı, yerdən idarə olunan hava silahları və radarlar çatdırıb.

Xatırladaq ki, Pekin rəhbərliyi Hindistanın "Cənubi Tibet" adlandırdığı Arunaçal-Pradeş əyalətində 90 min kvadrat kilometr ərazini, Yeni Dehli isə Aksayçin yaylasını əhatə edən 38 min kvadrat kilometr ərazinin Çin tərəfindən işğal edildiyini iddia edir. 

Qeyd edək ki, Hindistan və Çin arasında sərhəd münaqişəsinin həlli üçün 19-cu danışıqların bu ay keçirilməsi planlaşdırılır. 

Görüşdə Hindistanın baş naziri Narendra Modi və Çin sədri Si Tsinpinin də iştirakı gözlənilir.

Məhəmməd Allahyarlı (təcrübəçi)

 

0.016135931015015