Bakı “Səlibçilər”in hədəsinə niyə səssiz qalır: Avropadan yüzlərlə insan bizi hədələyir?!

Bakı “Səlibçilər”in hədəsinə niyə səssiz qalır: Avropadan yüzlərlə insan bizi hədələyir?!
 

44 günlük müharibənin iştirakçıları olan və özlərinə “Səlibçilər” deyən bir qrup xəyalpərəst son zamanlar Azərbaycanı hədələyirlər. Hətta Paşinyan hökumətinə belə Laçın yolunu açmaq üçün vaxt qoyurlar.

Maraqlıdır, “Səlibçilər”in hədəsinə Azərbaycan niyə səssiz qalır? Onları zərərsizləşdirmək olmazdımı? Bu dəstənin ortaya çıxması rəsmi İrəvanın təxribatı ola bilərmi?

Azad İsazadə

Mövzu ilə bağlı Globalinfo.az-a danışan konfliktoloq Azad İsazadə deyib ki, özlərini “Səlibçilər” adlandıran dəstə sadəcə özlərinə qəşəng ad seçib:

“Adlarına diqqət yetirsəniz, orta əsir səlibçi təfəkkürünü canlandırmaq niyyətində olduqlarını görə bilrəsiniz. Ümumiyyətlə hazırda bu yanaşma, ideologiya effektiv deyil. Avropada rifah içərisində yaşayan yüzlərlə insanın Ermənistan üçün gəlib döyüşməsi nə dərəcədə real ola bilər? 21-ci əsrdə səlibçilik deyə bir şey yoxdur. Heç bir halda bu çağırışı ciddiyə almaq olmur.
Bu baxımdan mən onları ciddiyə almağı məsləhət görmürəm. Bu adi bir təxribatdır. Onların Paşinyan hökumətinə Laçın yolunu açmaq üçün vaxt qoyması gülüncdür. Ümumiyyətlə Ermənistanın hazırda bunu gerçəkləşdirmək üçün nə siyasi iradəsi, nə hərbi qüdrəti, nə də lazımi silah-sursatı yoxdur. Ermənistanın imkanı olsaydı çoxdan Laçın dəhlizini açardı.

O ki qaldı Bakının bu fantaziyası geniş olan dəstəni zərərsizləşdirməsinə, onlar nə qədər ki, fəaliyyətini İrəvan küçələrində edəcək, biz onlara nəsə edə bilmərik. Əgər onlar silahlanıb şərti dövlət sərhədini keçməyə çalışsa və ya təxribat törətsələr əlbəttə ki, cavabını alacaqlar”.

Turan Rzayev

0.052525043487549