“Neftçi”nin məşqçilər korpusunda daha bir təyinat

“Neftçi”nin məşqçilər korpusunda daha bir təyinat
 

Baş məşqçi Adrian Mutunun seçimi və təqdimatı əsasında “Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis Sənan Qurbanov köməkçi məşqçi təyin edilib.

Onunla 2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, baş məşqçi Adrian Mutunun digər köməkçiləri, məşqçilər korpusunun üzvləri – köməkçi məşqçi Alin-Nikolaye Çita, analitik məşqçi Aurelian-Boqdan Patraşku, fiziki hazırlıq üzrə məşqçi Miodraq Todorov və qapıçılar üzrə məşqçi Mihai-Qavril Nedebandır.

 

0.014292001724243