Rusiyada dollar 101 rublu ötdü - 17 ayda ilk

Rusiyada dollar 101 rublu ötdü - 17 ayda ilk
 

Moskva birjasında dolların məzənnəsi 2022-ci il martın 23-dən bəri ilk dəfə 101 rublu ötüb.

Paralel.az ” TASS-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 12:11-də dolların məzənnəsi 1,59% artaraq 101,01 rubl təşkil edib.

Saat 12:30-da dolların məzənnəsi bir qədər də (1,6%) artaraq 101,03 rubla yüksəlib.

Avronun məzənnəsi isə 1,8% artaraq 110,73 rubl olub.

 

 

0.014368057250977