Qoru İlahi - Qəşəm Rəcəbli

Qoru İlahi - Qəşəm Rəcəbli
 

Üz tutub dilərəm səndən ilahi
İnsanı insanın bozundan qoru.
Mərdi müxənnəsin şər-böhtanından
Xainin fitnəkar sözündən qoru.

Bəd olmasın qoy kimsənin təməli
Edər ağıllını vallahi dəli.
Əzəldən naz etmək qadın əməli
Kişini "kişinin" nazından qoru.

Görməmiş elə ki sonradan görər
Ağılsız köpəktək ulduza hürər.
Minər köhlən atın dördnala sürər,
Bizi o kəslərin tozundan qoru.

Heç zaman faydalı bir iş görməyən
Halalı anlayıb, dadın bilməyən
Müftəyə öyrənib, havayı yeyən
Nəfisgir insanın gözündən qoru.

Mənasız danışmaz, mənasız dinməz
Qəlbinin atəşi odlanar, sönməz
Haqqın yolçusudur, yolundan dönməz
Qəşəmi Qəşəmin özündən qoru...

"Paralel.az"

0.053624868392944