Polşada bomba xəbərdarlığı: 14 min nəfər təxliyə edildi

Polşada bomba xəbərdarlığı: 14 min nəfər təxliyə edildi
 

Polşanın cənub-şərqindəki Lyublin şəhərində binanın bünövrəsini qazarkən bomba tapılıb.

Paralel.az İHA-ya istinadla xəbər verir ki, partlayıcı maddənin İkinci Dünya Müharibəsi dövrünə aid olduğu təyin edilib.

Bomba yerləşdiyi yerdən götürülməzdən əvvəl 14 min sakin təxliyə edilib. 

Əhalinin təxliyyəsində və bölgənin təhlükəsizliyində 200 əsgər və polis iştirak edib. 

Qeyd edək ki, bombanın tapıldığı yer İkinci Dünya Müharibəsindən əvvəl təyyarə zavodu olub. Müharibə zamanı sözügedən ərazinin nasist Almaniyası tərəfindən əsir və əmək düşərgəsi olmaqla yanaşı yəhudilərin müsadirə edilmiş mallarının seçilməsi və saxlanması üçün istifadə edildiyi bildirilib.

Bomba zərərsizləşdirmə mütəxəssisləri 250 kiloqramlıq bombanın çıxarılması üzərində işləri davam etdirir.

 

0.014233112335205