Lalə Dadaşova: “Elçin narkotikə qurşananda ondan ayrıldım”

Lalə Dadaşova: “Elçin narkotikə qurşananda ondan ayrıldım”
 

“Rəfiqələrim bizə qonaq gələndə deyirdilər ki, həyat yoldaşın Elçin tamamilə fərqli bir insandır. Səhnəyə çıxır, hərəkət etmir, sadəcə ciddi vəziyyət alır, mahnısını ifa edir. Mən də cavab verirdim ki, o evdə tamam fərqli insandı...

Bu sözləri müğənni Lalə Dadaşova qonaq olduğu verilişlərdən birinə müsahibəsində deyib. Sənətçi mərhum həyat yoldaşı, müğənni Elçin Cəlilovdan danışıb:

“Elçin başqa otağa keçib, mənim paltarımı geyinib, apelsinləri bədəninə qoyub, üzünü-gözünü bəzəyib, “kraska-pudra” sürtüb, başını da güllərlə bəzədilən saç yığanımı taxıb qapını açıb girirdi içəri. İnanın, elə gözəl qrim edirdi ki, onu heç tanımaq olmurdu (gülür). Bizi o qədər güldürürdü ki...

Elçin narkotikə qurşanandan sonra onun qarşısına seçim qoydum: Ya mən və ailən, ya da narkotik. İkisindən birini seçməli idi. Mənə söz verdi ki, evdə narkotikdən müalicə olunacaq. Məşhur olduğundan onu xəstəxanaya yatızdıra bilməzdik.
Çünki insanlar bilsə, bütün Azərbaycanda biabır olacaqdıq. Elçin evdə müalicə olunurdu. Üç dəfə müalicə olunandan sonra narkotiki yenə də tərgitmədi. Bunu biləndə ondan ayrıldım”.

Qeyd edək ki, E.Cəlilov 2005-ci il mayın 10-da vəfat edib.

 

0.013726949691772