Neçə il siyasətlə məşğul ola bilməyəcək?

Neçə il siyasətlə məşğul ola bilməyəcək?
 

Pakistanın keçmiş Baş naziri və müxalif Ədalət Hərəkatı partiyasının lideri İmran Xan beş il müddətinə siyasətdən kənarlaşdırılıb.

Paralel.az ” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı ölkənin Seçki Komissiyası qərar qəbul edib.

Bildirilib ki, Xanın beş il müddətinə siyasi vəzifə tutmağı və seçkilərdə iştirakı qadağan olunub.

Qeyd edək ki, avqustun 5-də İslamabad məhkəməsi Xanı dövlətə məxsus Toşaxan anbarından qiymətli əşyaların satışı ilə bağlı dələduzluq işi ilə bağlı üç il müddətinə azadlıqdan məhrum edib.

 

0.025296926498413