Rusiya: Xarkovda sərfəli mövqeləri ələ keçirdik

Rusiya: Xarkovda sərfəli mövqeləri ələ keçirdik
 

Rusiya hərbi birləşmələri Ukraynanın Xarkov vilayətində Kupyansk istiqamətində əlverişli mövqeləri ələ keçirib.

Paralel.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov məlumat verib.

“Rusiya Silahlı Qüvvələrinin hücumları davam edir. Kupyansk istiqamətində “Qərb” hərbi birləşmə qrupunun hücum dəstələri geniş ərazilərdə hücum əməliyyatları zamanı Xarkov vilayətinin Olşana qəsəbəsi yaxınlığında daha əlverişli mövqelər tutub”.

Konaşenkov bu günə qədər Ukrayna ordusuna aid 458 təyyarə, 245 helikopter, 5 565 pilotsuz uçuş aparatı, 428 hava hücumundan müdafiə raket sistemi, 11 185 tank və zirehli texnika, 1 144 çoxlüləli raketatan, 5 803 haubitsa və minaatan, 12 137 şəxsi hərbi texnikanı məhv etdiklərini bildirib.

 

 

0.018600940704346