Zelenskini aradan götürmək planı: rusiyalı qadın agent...

Zelenskini aradan götürmək planı: rusiyalı qadın agent...
 

Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd planı hazırlayan rusiyalı qadın agent ələ keçirilib.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Kəşfiyyat Xidməti məlumat yayıb.

Kəşfiyyatın açıqlamasına görə, rusiyalı qadın agent  Zelenskinin Nikolayev səfərinin marşurutunu dəqiqə-dəqiqə təsbit edərək hava hücumu üçün Rusiya qüvvələrini xəbərdar etməyə cavabdeh olub.

Agent həmçinin silahlı qüvvələrin elektron döyüş sistemləri və sursat anbarlarının yerini tapmağa çalışırdı.

Kimliyi açıqlanmayan agentin Nikolayev vilayətinin Ozi şəhərində hərbi mağazada işlədiyi,ərazini gəzərkən foto və video çəkilişlər apardığı üzə çıxıb.

Qeyd edək ki, Ukrayna kəşfiyyat mənbələri bu yaxınlarda Rusiyanın müharibəni bitirmək üçün Zelenskini məhv etməyi planlaşdırdığına dair açıqlamalar vermişdi.

 

 

 

0.015633821487427