İmmiqrantları daşıyan qayıq batdı

İmmiqrantları daşıyan qayıq batdı
 

Tunisin Şafaks əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq aşıb.

Paralel.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər ölüb, 44 nəfər itkin düşüb.

Tunisin daxili işlər naziri Kamal əl-Faki avqustun 2-də parlamentdəki çıxışında qeyd edib ki, bu ilin əvvəlindən iyulun 20-dək ölkəsinin sahillərində 901 cəsəd tapılıb.

 

0.017146825790405