Ukraynadakı hərbi əməliyyatların gedişatını müzakirə etdilər

Ukraynadakı hərbi əməliyyatların gedişatını müzakirə etdilər
 

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Mark Milli Ukrayna və Böyük Britaniyadakı həmkarları ilə telefon danışıqlarında Rusiyanın hərbi əməliyyatının gedişatını müzakirə ediblər.

Paralel.az ” xəbər verir ki, bu barədə komitənin rəsmi nümayəndəsi polkovnik Deyv Batler məlumat verib.

Onun sözlərinə görə, Milli Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə fikir və qiymətləndirmələr mübadiləsi aparıb. O, həmçinin ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib.

Bundan əlavə, Milli Böyük Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin ilə Rusiyanın Ukraynaya hücumunu müzakirə edib. İki ölkə arasında möhkəm müttəfiqliyin və xüsusi münasibətlərin təməl daşları olan Birləşmiş Ştatlar və Böyük Britaniya arasında uzunmüddətli qarşılıqlı dəstək və əməkdaşlığın tarixi qeyd edilib.

 

0.016196966171265