Danimarkada iranlı qadın Quranı rəndələdi - VİDEO
Danimarkada iranlı qadın Quranı rəndələdi
İranlı rəssam Firuzə Bəzrəfkən İranın Danimarkadakı səfirliyi qarşısında Qurani-Kərimi parçalayaraq rəndələyib. Onun bu hərəkəti sosial mediada geniş müzakirələrə yol açıb.
Qadının sözlərinə görə, onun məqsədi İranda müqəddəs kitabın şərtlərinə etiraz edərək, qadınların hüquqlarının kəskin şəkildə pozulduğunu vurğulamaq olub.
O, İran rejiminin sərt tədbirlərinin tək səbəbini Qurani-Kərimin qadınlarla bağlı olan hicab qanunları olduğunu bildirib.
Amma qeyd etmək lazımdır ki, müqəddəs kitabda heç bir qadın hicaba məcbur edilmir. Məcburi hicab İran hökumətinin qadınlara tətbiq etdiyi öz qanunudur.
رنده کردن قرآن توسط یک زن ایرانی در دانمارک
"Azad İran" Teleqram kanalı