“Furşet” sözü hardan gəlir?
(Fransızlara məktub) - Həsən Əliyev

“Furşet” sözü hardan gəlir?(Fransızlara məktub) - Həsən Əliyev
 

Bu gün banket məclisləri keçirilən məkanların foyelərində qonaqlara hədiyyə kimi furşet masaları təşkil olunur.Masa üzərində qoyulan soyuq ət məhsulları, müxtəlif pendirlər, doğranmış meyvələr, şirniyyat növləri və s. ərzaq növləri çəngəli əvəz edən ağac növündən hazırlanmış itiuclu nəsnələrlə (diş çöpü də deyilir) qonaqlara özünəxidmət şəklində təqdim edilir.Bu bir dünya standartıdır və “furşet” sözü bütün xalqların dillərində “Masa arxasında əyləşmədən ayaqüstü edilən qəlyanaltı, yüngül yemək” kimi mənalanır.
Maraqlıdır ki, bir “furşet”sözünün izahı uzun bir cümlə ilə əvəz olunmuşdur.Fransız dilində sözün əsası olan “fourchette”-“çəngəl” mənasını bildirsə də, fransızlar da bu sözün əsl mənasını yox, onun beynəlxalq şəkildə qəbul edilmiş etiketi kimi başa düşürlər.Əslində “çəngəl” sözü latın dilli xalqların lüğətlərində oxşar köklərlə yazılır.Məs: latınca “furca”, ingiliscə “fork”, yunanca “pirouni”, rusca “вилка” və s.Bu sözlərin hamısı teofordurlar.Söz Fironun “buynuzlu tanrı” rəmzindən formalaşmışdır.”For” burada “qoşa buynuz” mənasını bildirir.Dilimizdə olan “yaba”, haça”, “şana”, “ayrıc” kimi mənalanır.Məişətdə işlənən yaba alətinin qədim forması ikibuynuzlu şəklində olmuşdur.Əslində onun ikibuynuzlu olması tanrıçılıqdan gəlir.Yəni tanrının güc simvolunun bənzəri kimi.Rus dilində söz həm çəngələ, həm də elektrik şəbəkəsinə qoşulan vasitəyə də “вилка” deyilir.Yəni “ikibuynuzlu”.Bu sözdə “f-v; r-l” fonetik hadisəsi baş vermişdir. Yunan dilində də oxşar fonetik dəyişikliklər baş vermişdir.Yunan dilində “pirouni” sözündə də “f-p” mümkün səs keçidi göz qarşısındadır.(Firr-Pir)
Əslində dilimizdə olan “çəngəl” sözü fars mənşəlidir. Qədim Oğuzlarda “çəngəl” sözü “çatal” deməkdir.”Buynuz” mənasını bildirir.Türklər evin dam örtüyünə də “çatı” deyir.Sözün semantikası “piramida” məfhumundan gəlir.Damın quruluşu piramidaya bənzəyir.Ustaların təmir zamanı işlətdikləri ayaqaltına da piramidaşəkilli ayaqlıqlar bərkidilir.Ruslar buna “козлы” – “qoşabuynuz keçi” semantikasıbnandır.Atıcı silahların altına bərkidilmiş piramidaşəkilli nəsnə də “çatı” adlanır.Türklərin işlətdikləri “ocaq çatmaq” da ocağın piramida şəklində qurulmasıdır.Elə Misir piramidalarının özləri də od mənasının rəmzini quruluşu ilə göstərir.Qaş çatılanda da piramida şəklini alır.”Qaş çatmaq” da həmin semantikadandır.
Daha dərinə getsək (neçə min illər olduğunu deyə bilmərəm) “çatal” sözü ən qədim zamanlardan “çatışma” mənasında “ müharibə, atışma, qalmaqal, toqquşma, qarşıdurma, münaqişə” və s mənaları da bildirir.Əslində söz “buynuzlaşmaq” sözündən qaynaqlanır.”Çatal” sözünün özündən.Qədim zamanlarda “yaba” silah aləti kimi işlənmişdir.”Yaba” sözü də buynuz mənasında Ulu dil və Ulu tanrıdan gələn “Ka” məfhumundandır.”K-Y”qohum samiti keçidi “ka – ya”.Bu gün adamlar arasında qarşıdurmaya məcazi mənada “yabalaşma, yavalaşma” da deyilir.
Əgər biz dillərin paralel müqayisəli təhlilini aparsaq,(dilçiliyin ana xətti) bir daha bunun elmi yol olduğunu görərik.Ən birinci oğuzların işlətdikləri “dava” sözü “yaba, yava” sözündəndir.Saitlə başlayan sözlərə “d” samiti protezasıdır.Latın mənşəli “war” sözü də “fork”sözündən yaranmadır.Yenə də “f-v” əvəzlənməsidir.Bu bir daha onu göstərir ki, dünya hərb tarixində yaba ilə döyüşmək piyada əskərlərin təhlükəsizliyi üçün ən əlverişli silah növü olmuşdur.Yəni uzaqdan zərbə endirmək üçün.Heç də təsadüfi deyildir ki, fars dilindəki “cəng”- “vuruşma” sözü də, “çatal” sözünün mənasını bildirən “çəngəl” (ç-c) sözündəndir.
Ərəb dilində də eyni paralellik parlaq surətdə özünü göstərir.Ərəb dilində “cida” yabaya bənzər uzun saplı, ucu iti dəmirdən qayrılmış mizraqa, nizəyə deyilir.Ərəb dilində “cidal” sözü 1-ci mənada dava, müharibə, 2-ci mənası “qalmaqal” deməkdir.”Cihad”-“dava” sözü də buradandır.Ərəbcə ”müharibə” sözündə də “hor” – “buynuz” sözü vardır.Qədim Misirlilərin “Hor” – Günəş Tanrısının buynuz rəmzindəndir.
Əslində Qədim Oğuzların “çatal” sözü o qədər qədimdir ki, sözün kökünə yalnız teolinqvistikanın köməkliyi ilə çatmaq mümkündür.”Ça+t” sözü də Ulu dil və Ulu Tanrı “Ka-Qa” dan törəmədir.
P.S.Bu yazı mənim üçün də maraqlı oldu.Bu mənaları özüm də yazdığım zaman Sizinlə bərabər öyrənirəm.Yazdıqlarım hər hansı bir yazılı mənbədən olsa idi, yəqin ki, auditoriyada olan görkəmli dilçi alimlərimiz bunun fərqində varardılar.Əgər yazı dillərin paralel müqayisəli təhlili ilə bir arada tam sübuta çatırsa, deməli bu yazının özü özlüyündə bir mənbədir.Mənbə yazan elm adamı necə olur ki?Dilin öyrənilməsinin əsası dillərin lüğətidir.Əgər bu məqalədəki “furşet” sözünün “ayaqüstü məclis” sözü kimi mənbədən yararlansaydıq yəqin ki, bu mənbə ala-yarımçıq olardı.Lakin dilçilik baxımdan yazılan bu məqalədə “furşet” sözünün əsl mənbəsi tam aydın oldu.
Əgər biz hər hansı bir Türkdən sevdiyi bir ləzzətli yemək növü olan “pide” sözünün mənasını soruşsaq, o, ancaq onun ensiklopedik mətbəx məzmununu, onun hazırlanma qaydalarını söyləyəcəkdir.(Mən özüm də mənbələrin heç birində sözün mənasına rast gəlmədim.)Ad isə anonim olaraq qalacaqdır.
”Pide” yemək çeşidi heç bir vasitə ilə yeyilmir.Sadəcə ayaqüstü dişləmə yemək növüdür.Yəni fransızlar bu yemək növünü türklərin Fransada hazırlayıb satdıqları zaman yeməyin ayaqüstü yeyildiyindən bu dişləməni “a pied” yəni “ayaqüstü” kimi nominativləşdirmişlər.”A pied” sözünün türkləşməsi ilə söz “pide” formasını almışdır.Bizdən Türk Qardaşlara bir “Pide” sözü hədiyyə olsun.
Mən yazılarımı yazarkən çalışıram ki, oxucu ilə təmasa girim.Məqaləni oxuyan şəxs məni məqaləmdə görə bilsin. Axı söz də insanın özüdür.

"Paralel.az"

0.018539905548096