Türkiyə Prezidenti körfəz ölkələrinə səfər edəcək

Türkiyə Prezidenti körfəz ölkələrinə səfər edəcək
 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqust ayında Körfəz ölkələrinə səfərə çıxmağı planlaşdırır.

Bu barədə Paralel.az “CNN Turk”-ə istinadən xəbər verir.

Bildirilib ki, Rəcəb Tayyib Ərdoğanın avqust ayında Bəhreyn, Oman, Küveyt və İraqa səfər edəcəyi gözlənilir.

İnfomasiyaya əsasən, Rəcəb Tayyib Ərdoğan “Böyük-20”liyin (“G-20”) sentyabrın 9-10-da Hindistanda keçiriləcək sammitində, sentyabrın 18-19-da isə ABŞ-a səfər edərək BMT Baş Assambeyasının sessiyasında iştirak edəcək. Məlumata görə, sentyabr ayında onun Almaniyaya səfəri də planlaşdırılıb.

Xatırladaq ki, o, bir müddət əvvəl Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. BƏƏ-də 50,7 milyard dollar dəyərində 13 müqavilə imzalanıb.

0.066582918167114