Rusiya pulu ucuzlaşdı - Azərbaycana hansı təsirlər gözlənilir?

Rusiya pulu ucuzlaşdı - Azərbaycana hansı təsirlər gözlənilir?
 

Bu həftə ərzində rubl dollara nisbətən 7%-ə yaxın dəyər itirb. Artıq 1 dollar almaq üçün 95 rubl ödəmək lazımdır. Rusiya Mərkəzi Bankının cəhdlərinə rəğmən rublu qorumaq çətinləşir 2023-cü ildə Rusiya pulu 30% ucuzlaşıb. Son 1 ildə isə rubl 34% dəyərsizləşib. Sanksiyaların Rusiya iqtisadiyyatına real təsirləri hiss edilməkdədir.

Paralel.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Rusiyanın enerji gəlirlərində də kəskin azalmalar qeydə alınmaqdadır:

"Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, bu ilin birinci yarısında Rusiyanın neft ixracatı 120,4 milyard dollardan 77,4 milyard dollaradək azalıb. Bu o deməkdir ki, Rusiyanın neft gəlirlərində 65% azalma var. Ümumi ixracatdakı azalmalar rubla təzyiqi daha da artırıb.

Millət vəkilinin sözlərinə görə, dollara uduzan rubl manata nisbətən də dəyər itirir: "2023-cü ilə Azərbaycan milli valyutasına nisbətən 2,4 qəpik məzənnə ilə başlayan rublu almaq üçün indi 1,8 qəpik ödəmək lazımdır. Rusiya Azərbaycanın qeyri-neft ixracatında ən böyük ticarət tərəfdaşıdır və bu baxımdan rublun zəifləməsi manatın nominal effektiv məzənnəsini daha da möhkəmləndirir. Bu isə o deməkdir ki, Azərbaycan qeyri-neft ixracat bazarlarının mümkün qədər daha tez diversifikasiyasına çalışmalıdır".

"Bütövlükdə, Rusiyanın valyuta gəlirlərinin azalması fonunda şimal qonşumuzun iqtisadiyyatındakı çağrışların dərinləşəcəyi gözləniləndir. Rusiyada fəaliyyətini davam etdirən Azərbaycanlı iş adamlarının da həm yığımlarını, həm də sərmayə qoyuluşlarını şaxələndirmələri çox vacibdir", - deyə V. Bayramov əlavə edib.

Azərbaycan, Rusiya pulu ucuzlaşmasının müsbət təsirilərinin gözlənilməsini müsbət görür və Rusiya vətandaşlarının böyük miktarda turizm üçün Azərbaycana şəhərlərini ziyarət etməsi və fərqli mallar satın almaq üçün iqtidarını artırmağı olar. Azərbaycan alıcıları, daha ucuz saxlanılıb sərf edilə biləcək nisbi pul mövcudluğu üçün Rusiya hərracının mallarını almaq imkanına malik ola bilərlər. Əlavə olaraq, Azərbaycan ekonomikasına böyük mənfəət də qazanacaq və Rusiya pulu standartlarındakı ucuzluq sayəsində Azərbaycanın bazarının daha da gücləşməsi mümkün olacaqdır.

0.01670503616333