“Azərenerji”nin qazancı 3 dəfə artıb

“Azərenerji”nin qazancı 3 dəfə artıb
 

“Azərenerji” ASC 2022-ci ilin yekunları üzrə maliyyə nəticələrini açıqlayıb.

Paralel.az ” xəbər verir ki, sözügedən dövrə ASC-nin cəmi aktivləri 4 523 mln manat təşkil edib. Bu isə 2021-ci ilin yekunu ilə müqayisədə 9% çoxdur.

Şirkətin cəmi öhdəlikləri isə illik müqayisədə 11,6% azalaraq 2 213 mln manata enib. 

Nizamnamə kapitalı 1 761 mln manat olan ASC-nin əlavə ödənilmiş kapitalı 8,8% artaraq 2 712 mln manat, yığılmış zərəri 16,8% azalaraq 2 165 mln manat, məzənnə fərqləri üzrə ehtiyatı 2,061 min manat təşkil edib. Nəticədə, cəmi kapitalı 2021-ci ilin yekunları ilə müqayisədə 40,4% artaraq 2 310 mln manat olub.

Ötən ilin yekununda “Azərenerji” ASC-nin enerji satışından gəlirləri 1 841 mln manat, elektrik şəbəkəsinə qoşulma xidməti və digər satış gəlirləri 6,987 mln manat, digər gəlirləri 4,128 mln manat təşkil edib. Nəticədə, şirkətin cəmi gəlirləri 1 852 mln manat olub ki,  bu da illik müqayisədə 40,3% çoxdur.

Cəmi əməliyyat xərcləri 1 400 mln manat olan ASC-nin əməliyyat mənfəəti 451,680 mln manat təşkil edib. 

Maliyyə xərci 25,269 mln manat, xarici valyuta mübadiləsindən gəlirləri 204,401 mln manat, xarici valyuta mübadiləsindən zərəri 98,944 mln manat, əmlak, tikili, avadanlıq və onlrın alınması üçün verilmiş avanslar üzrə dəyərsizləşmənin bərpasından gəlirləri 3,070 mln manat olan şirkət, mənfəətindən 98,432 mln manat vergi ödəyib. Nəticədə, “Azərenerji” ASC 2022-ci ili 436,506 mln manat xalis mənfəətlə başa vurub. 

Şirkətin xalis mənfəəti 2021-ci il ilə müqayisədə 2,97 dəfə artıb.

Könül
Paralel.az

 

"Azərenerji"nin qazancının 3 dəfə artması əsasən, Azərbaycanın enerji resurslarına daha geniş yerləşmələrindən və enerji tikintisi işlərinin artdılmasından yayılıb. Bunun əsasında ölkənin enerji sahəsindəki bütün strukturlar çoxlu sayda istifadə olunan islahatları həyata keçirmiş olaraq, onların enerji dövləti-mülki və ticarət proseslərinə heç bir təəccüblə çevrilib. Buna görə də, Azərenerji qazancının 3 dəfə artması tarixdə bu addımın həqiqətən özəlliyi olmuşdur.

0.018887996673584